İnsanlara hürriyət, millətlərə istiqlal!

Avropanın ən bahalı şirkəti dəyişdi

Danimarkanın “Novo Nordisk” əczaçılıq şirkəti kapitallaşma səviyyəsinə görə Fransanın lüks istehlak malları istehsalçısı LVMH – “Moet Hennessy Louis Vuitton”u ötərək Avropanın ən böyük şirkəti olub.

Musavat.com “MarketWatch”a istinadən xəbər verir ki, “Novo Nordisk”in səhmlərinin dəyəri bazar ertəsi arıqlama dərmanı “Wegovy”nin İngiltərədə satışa çıxarılması xəbərindən sonra 0,7 faiz bahalaşıb.

2023-cü ilin əvvəlindən şirkətin bazar dəyəri 41 faiz artaraq təxminən 420 milyard dollar təşkil edib. Bu, Danimarka firmasının ən böyük rəqibi olan Amerikanın əczaçılıq şirkəti “Eli Lilly and Co”nun kapitallaşması (417 milyard dollar) və neft şirkəti “Exxon Mobil” (422 milyard dollar) ilə müqayisə olunacaq bir göstəricidir.

Dünən LVMH-nin səhmləri 0.4 faiz ucuzlaşıb, ilin əvvəlindən bəri isə 11.7 faiz bahalaşıb. Şirkətin kapitallaşması 418 milyard dollar həcmində qiymətləndirilir. Bu gün hərraclarda “Novo Nordisk”in səhmləri 0,8 faiz bahalaşıb, LVMH-ninki isə 1,9 faiz ucuzlaşıb.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

04 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR