Onlayn ictimai-siyasi qəzet
İspaniya, Portuqaliya və Fransanın bir hissəsini əhatə edən və hələ də davam edən nəhəng elektrik kəsintisinin səbəbi açıqlanıb.
Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, Portuqaliyanın REN elektrik şəbəkəsi operatoru problemə "nadir atmosfer hadisəsi"nin səbəb olduğunu elan edib.
Məlumata görə, İspaniyanın mərkəzi hissəsində temperaturun kəskin dəyişməsi səbəbindən ultrayüksək gərginlikli xətlərdə anormal dalğalanmalar baş verib. Şirkət bu fenomenin "induksiya edilmiş atmosfer vibrasiyaları" adlandırıldığını bildirir. REN hesab edir ki, Pireney yarımadasında enerji təchizatının tam bərpası üçün təxminən bir həftə vaxt lazımdır.
İspan operatorundan hələlik rəsmi açıqlama yoxdur, lakin Avropa İttifaqı səlahiyyətliləri artıq bəyan ediblər ki, kiberhücumla bağlı versiya hələ heç nə ilə təsdiqlənməyib.
Qeyd edək ki, induksiya edilmiş atmosfer vibrasiyası təzyiqin qəfil dəyişməsindən yaranır; Bu hal adətən ən çox qaz təchizatında problemə səbəb olur: qaz kifayət qədər yüksək təzyiqə malik olan ərazidən təzyiqin xeyli aşağı olduğu əraziyə axır. Akustik vibrasiyalar insan qulağının qəbul edə biləcəyi tezlikdir. Amma bu titrəmələr qapalı məkanda əks olunarsa, tezlikləri rezonansa uyğun gələnə qədər dəyişirlər ki, bu da naqillərdə kəskin titrəyiş və onların bir-birinə bitişməsi təhlükəsi yaradır. Çünki belə hadisələr zamanı məhdud uzunluqda, qoruyucuların dayaqlarda olduğu yerlərdə qısaqapanma olur, naqillər çox güclü titrəməyə başlayır, onların bir-birinə yapışması riski formalaşır, nəticədə avtomat ayırıcılar işə düşərək onları gərginlikdən ayırır. Bu fenomen o qədər nadirdir ki, onu əvvəlcədən görmək və qarşısını almaq demək olar ki, qeyri-mümkün hesab edilir.
Madrid rəsmilərinin verdiyi məlumata görə, hadisə İspaniyada bir neçə dəqiqə ərzində 15 GVt gərginliyin itməsi ilə nəticələnib.
Musavat.com
29 Aprel 2025
ŞƏRHLƏRŞƏRH YAZ