Onlayn ictimai-siyasi qəzet
Yuanın ehtiyat valyutası kimi dolları əvəz etməsi yaxın vaxtlarda mümkün deyil.
Musavat.com xəbər verir ki, bu fikri Avropa Mərkəzi Bankının (ECB) sədri Kristin Laqard “Le Monde” nəşrinə müsahibəsində deyib:
"Bunun baş verməsi üçün başqa ölkə ehtiyat valyutanın emitenti rolunu öz üzərinə götürməlidir. Çin buna hazırlaşır, lakin hələ hazır deyil. Mən yəqin ki, yuanın dolları sıxışdırdığını görməyəcəyəm”.
Qeyd edək ki, Laqardın 2025-ci ildə 69 yaşı tamam olacaq.
Müsahibədə Laqard həmçinin ECB-nin beynəlxalq ticarətin daha da parçalanmasının nəticələrinə dair qiymətləndirmələrini bölüşüb. O qeyd edib ki, ən pis ssenaridə bu, qlobal iqtisadiyyata qlobal ÜDM-in 9 faizinə başa gələ bilər.
Musavat.com
23 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ