İnsanlara hürriyət, millətlərə istiqlal!

Avropadakı ukraynalılara sülhə qədər toxunulmayacaq

Ukraynanın milli birlik naziri Aleksey Çernışov bəyan edib ki, Avropa İttifaqı ölkələrində müvəqqəti müdafiə statusunun dəyişdirilməsi yalnız Ukraynada davamlı və dayanıqlı sülh bərqərar olduqdan sonra mümkün ola bilər.

Musavat.com-un məlumatına görə, nazir xatırladıb ki, Avropa İttifaqı Şurası ukraynalı qaçqınlar üçün müvəqqəti müdafiə haqqında Direktivin müddətini 2026-cı ilin mart ayınadək uzadıb.

“Ukraynalılar üçün xaricdəki statusun dəyişdirilməsindən yalnız o zaman danışmaq olar ki, ölkəmizdə sabit və uzunmüddətli sülh hökm sürsün. Beynəlxalq tərəfdaşlarımız bunu tam şəkildə anlayırlar”, – deyə Çernışov qeyd edib.

Nazirin sözlərinə görə, Ukrayna hökuməti bu məsələ ilə bağlı beynəlxalq müzakirələri yaxından izləyir və vətəndaşlarının maraqlarını qorumaq üçün fəal şəkildə proseslərdə iştirak edir. 

 

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

17 Aprel 2025

BÜTÜN XƏBƏRLƏR