Onlayn ictimai-siyasi qəzet
Avropada yeraltı anbarlarda (UGS) qaz ehtiyatları 64 faizə düşüb.
Musavat.com Gas Infrastructure Europe-nin (GIE) məlumatlarına istinadən xəbər verir ki, havaların kəskin soyuqlaşması anbarlardan gündəlik istifadəni 900 milyon kubmetrdən yuxarı qaldırıb. Belə ki, yanvarın 14-də Aİ ölkələrində yeraltı qaz anbarlarından 935 milyon kubmetr qaz götürülüb.
Lakin qaz ehtiyatlarının yüksək istehlak dərəcəsinə baxmayaraq, Avropa üçün vəziyyət hələ də təhlükəli sayılmır. Yeraltı qaz anbarlarında yanacağın ümumi həcmi yanvarın əvvəlinə bütün müşahidə dövrü üçün dördüncü ən yüksək göstəricidir – onlarda 71,2 milyard kubmetr qaz var.
Buna görə də Avropada qaz qiymətləri stabildir - 1000 kubmetr üçün təxminən 490 dollar ətrafında dəyişir.
Qeyd edək ki, Aİ üçün ən problemli illər 2018 və 2022-ci illər olub. O zaman yazda istilik mövsümünün sonuna qədər anbarlardakı ehtiyatlar müvafiq olaraq 18 faiz və 26 faizdən aşağı kritik səviyyələrə düşmüşdü Hazırda Avropanın yeraltı qaz anbarları 64,15 faiz doludur, bu, “problemli” illərin analoji göstəricilərini əhəmiyyətli dərəcədə üstələyir - 2018-ci ildə 58 faiz və 2022-ci ildə 47,5 faiz.
Musavat.com
16 Yanvar 2025
ŞƏRHLƏRŞƏRH YAZ