İnsanlara hürriyət, millətlərə istiqlal!

Avropada Rusiyaya yardıma görə ilk həbs qərarı çıxarıldı

Avropada Rusiyaya sanksiyalı malları çatdırmaq məsuliyyətinə görə ilk həbs baş verib.

Musavat.com TASS-a istinadən xəbər verir ki, Hollandiyada Rotterdam Rayon Məhkəməsi Rusiyaya sanksiyalardan yayınmaqda yardım etdiyinə görə bir nəfəri 18 ay həbs cəzasına məhkum edib. Onun şirkəti isə 200 min avro cərimə ödəyəcək.

Məhkəmənin qərarında qeyd olunur ki, şirkətin faktiki rəhbəri olan şəxs yeddi aydan artıq müddət ərzində ikili təyinatlı elektron məhsulların ixracı ilə bağlı Avropa sanksiya qanunvericiliyini pozub.

Qeyd edək ki, Hollandiya prokurorluğu 2022-ci ilin sentyabrında Rusiya və Hollandiya vətəndaşlığı olan 55 yaşlı Dmitri K.-nin Aİ-nin Rusiyaya qarşı tətbiq etdiyi sanksiyalardan yayınmaqda şübhəli bilinərək saxlanıldığını elan edib. İttiham tərəfi onun Rusiya hərbi sənaye kompleksi üçün məhsullar tədarük edən “Rostex” dövlət korporasiyasına bağlı şirkətə ən azı 2 milyon avro dəyərində ikili təyinatlı mal satdığını bildirir. Prokurorluq həmin şəxsə 3 il həbs və 350 min avro cərimə tələb etmişdi.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

01 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR