İnsanlara hürriyət, millətlərə istiqlal!

Avropada qaz sürətlə ucuzlaşır: Rusiyanın gözləntiləri doğrulmur

Avropada təbii qaz qiymətləri 2021-ci ilin sentyabrından bəri ilk dəfə 700 dollardan aşağı düşüb.

Musavat.com TASS-a istinadən xəbər verir ki, Niderlandın TTF birjasında qazın fevral fyuçersləri üzrə qiymət 2,8 faiz ucuzlaşaraq 696,3 dollara düşüb.

Qaz qiymətlərini ucuzlaşdıran əsas amil Avropada havaların iqlim normasından yüksək olmasıdır. Bunun sayəsində əksər Avropa ölkələrindən anbarlardan istehlak onlara qaz vurulmasından ikiqat aşağıdır. Bundan əlavə, son həftə ərzində külək enerjisinin Avropa İttifaqının enerji təminatında payı 21 faizdən yuxarı olub. Yanvarın 1-də isə rekord həddə - 34,7 faizə çatıb.

Hazırda Avropanın qaz anbarları 83,33 faiz doludur – bu, son 5 illik orta göstəricidən 13,46 faiz yüksəkdir. Anbarlarda 90,2 milyard kubmetr qaz var.

Qeyd edək ki, Avropadan fərqli olaraq Rusiyada kəskin hava şəraiti hökm sürür. Rusiya meteoroloqları bu həftə Moskvada temperaturun mənfi 29 dərəcəyə qədər düşərək, son 43 ildə ən kəskin şaxtaların qeydə alınacağı barədə xəbərdarlıq ediblər.
Rusiyanın “Qazprom” şirkəti isə 2022-ci ildəki qaz hasilatı və ixrac həcmlərini açıqlayıb. Məlum olub ki, ötən il şirkət 2021-ci illə müqayisədə 20 faiz az - 412,6 milyard kubmetr qaz istehsal edib. Şirkətin uzaq xaricə qaz ixracı isə 45,5 faiz azalaraq 100,9 milyard kubmetr təşkil edib.

“Qazprom” rəhbərliyi qışın əvvəlində Avropadakı qaz ehtiyatlarının qışdan çıxmağa yetməyəcəyini proqnozlaşdırmışdı. Lakin havaların mülayim keçməsi bu proqnozun reallaşmasına imkan vermir...

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

12 Oktyabr 2024

11 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR