İnsanlara hürriyət, millətlərə istiqlal!

Avropada qaz qiymətləri kəskin artdı – Rusiyadan nəqlin dayanmasına 12 saat qalıb...

Avropa birjalarında qazın qiyməti 2023-cü il noyabrın 27-dən bəri ən yüksək səviyyəyə qalxaraq 1 min kubmetr üçün 536 dollar təşkil edib.

Musavat.com London ICE birjasının məlumatına istinadən xəbər verir ki, qiymət artımı yanvarın 1-dən Rusiya qazının Ukrayna ərazisindən tranzitinin dayandırılacağı gözləntiləri fonunda baş verir. Günün əvvəlindən artım 4 faizdən çoxdur.

Hollandiyadakı TTF qovşağında fevral fyuçerslərinin dəyəri min kubmetr üçün 536 dollardan yuxarı qalxıb.

Qeyd edək ki, Rusiya qazının Ukrayna ərazisindən tranziti haqqında saziş 2025-ci il yanvarın 1-də səhər saatlarında başa çatır və 40 milyard kubmetr qazın nəqlini nəzərdə tutur. Rusiya prezidenti Vladimir Putin bəyan edib ki, Rusiya qazının Ukrayna ərazisindən tranziti ilə bağlı yeni müqavilə imzalanmayacaq, çünki yeni ilə bir neçə gün qalmış razılaşmanı yenidən müzakirə etmək mümkün olmayacaq. Kiyev də yanvarın 1-də Moskva vaxtı ilə saat 08:00-da Rusiya qazının nəqlini dayandırmaq niyyətini açıqlayıb.

Eyni zamanda Ukrayna Rusiya qazı olmazsa, Avropa Komissiyasının tələbi ilə öz qaz nəqli sistemi vasitəsilə nəqli bərpa etməyə hazır olduğunu bəyan edib. Rusiya prezidenti isə qazın üçüncü tərəflər - Türkiyə, Macarıstan, Slovakiya və Azərbaycan şirkətləri vasitəsilə satışının mümkünlüyünü qeyd edibv. Analitiklərə görə, bu halda ən ağlabatan sxem Rusiya və Ukrayna sərhədində qaza mülkiyyət hüququnun verilməsini nəzərdə tutan sxem olacaq. Beləliklə, qaz yeni sahibinə keçəcək və onun Ukrayna ərazisindən nəqli mümkün olacaq.

Avropa Komissiyası isə bəyan edib ki, Avropa İttifaqı Rusiyadan qaz nəqlinin dayanmasına hazırdır, alternativ mənbələrdən təchizat təmin olunub.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

09 Yanvar 2025

BÜTÜN XƏBƏRLƏR