Onlayn ictimai-siyasi qəzet
Litvada 2 minə yaxın qurum binalara bomba qoyulduğuna dair elektron poçtla məktublar alıb.
Musavat.com xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə polis idarəsi məlumat yayıb.
"Gecə 2 minə yaxın müxtəlif quruma e-poçt vasitəsilə binalara bomba qoyulması ilə bağlı mesajlar daxil olub. Partlayış barədə heç bir məlumat yoxdur", - məlumatda deyilir.
Polis bu cür məktubların alınması barədə dərhal hüquq-mühafizə orqanlarına məlumat verilməsini tövsiyə edir.
Qeyd olunub ki, bir neçə gündür Litvada uşaq bağçalarına, məktəblərə və müxtəlif müəssisələrə binaların minalanması ilə bağlı elektron poçtla məktublar göndərilir. Təhlükəsizlik xidmətləri bu təhdidlərin dost olmayan ölkələr tərəfindən təşkil edildiyini bildirir.
Musavat.com
27 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ