Onlayn ictimai-siyasi qəzet
Avropa ölkələri gec-tez Ukraynaya qoşun yeritmək məcburiyyətində qalacaqlar.
Musavat.com TASS-a istinadən xəbər verir ki, bunu Polşanın xarici işlər naziri Radoslav Sikorski Münxen Təhlükəsizlik Konfransında çıxışı zamanı bildirib.
“ABŞ prezidenti Donald Tramp razılaşmanın bir hissəsi kimi Avropa qoşunlarının Ukraynada olmasını deyirsə və bizdən bunu təmin etməyi tələb edirsə, gec-tez bu həyata keçiriləcək", – o deyib.
Bundan əlavə, Polşa xarici siyasətinin rəhbəri Trampı Rusiya prezidenti Vladimir Putinlə apardığı telefon danışığına görə tənqid edib və bunu səhv addım adlandırıb.
Qeyd edək ki, Fransa prezidenti Emmanuel Makron 2024-cü ilin dekabrında Tramp və Zelenski ilə görüşüb. Bu görüşdən sonra Makron Polşanı sülhməramlı qüvvələrin göndərilməsinin məqsədəuyğunluğu barədə inandırmağa çalışıb, lakin Polşa baş naziri Donald Tusk bununla razılaşmayıb. Nəticədə danışıqlar dalana dirənib.
Musavat.com
21 Fevral 2025
ŞƏRHLƏRŞƏRH YAZ