İnsanlara hürriyət, millətlərə istiqlal!

Avropa suriyalı qaçqınları geri göndərmək niyyətindədir

Suriya prezidenti Bəşər Əsədin devrilməsindən sonra Avropa ölkələri bu ərəb respublikasından olan qaçqınlara sığınacaq verməkdən imtina edirlər.

Musavat.com xarici mediaya istinadla xəbər verir ki, bəzi hökumətlər hətta deportasiya proqramları da hazırlayır.

BMT və Avropa xeyriyyə təşkilatları insanları miqrantlardan üz çevirməməyə çağırır. Bununla belə, Avropa İttifaqı miqrasiya böhranının yeni dalğasından qorxur və riskə getməyə hazır deyil.

Bildirilir ki, Aİ səlahiyyətliləri Əsəd rejiminin süqutundan dərhal sonra suriyalı qaçqınlarla əlaqə saxlamağa başlayıblar. Hazırda 10 Avropa ölkəsi Suriya vətəndaşları tərəfindən edilən 60 mindən çox sığınacaq müraciəti ilə bağlı qərarları dayandırmağa başlayıb.

Bunlardan birincisi Avropadakı suriyalı miqrantların sayına görə lider olan Almaniya olub. Ölkənin Daxili İşlər Nazirliyinin məlumatına görə, 2024-cü ilin oktyabrına qədər bütün Avropa üzrə sayları 1,3 milyon nəfər olan suriyalı qaçqınların 1 milyonu Almaniyaya sığınıb. Danimarka, Norveç, Yunanıstan, İsveç, Finlandiya, Böyük Britaniya, İsveçrə, Hollandiya, İtaliya və Avstriya bu ərəb respublikasından olan qaçqınlardan imtina etmək qərarına gəliblər.

Bu dövlətlərin hakimiyyət orqanları son beş il ərzində sığınacaq almış miqrantlar üçün nizamlı repatriasiya və deportasiya proqramının tətbiq edildiyini elan ediblər. Bu, ilk növbədə, cinayətkarlara, yalnız sosial müavinətlə yaşayanlara və ya “Avropanın mədəni dəyərlərinə uyğunlaşmaq istəməyənlərə” təsir edəcək. Eyni zamanda, Almaniya kansleri Olaf Şolts ölkədə müntəzəm işləyən və yaxşı inteqrasiya olunmuş şəxslərin deportasiyadan təsirlənməyəcəyini izah edib.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

06 Fevral 2025

BÜTÜN XƏBƏRLƏR