İnsanlara hürriyət, millətlərə istiqlal!

Avropa Şurasının rəhbərindan Rusiyaya ŞOK: "RÜSVAYÇILIQDIR!"

“Rusiyanın Afrika ölkələrinə pulsuz taxıl tədarükü səxavətlilik və alicənablığın parodiyasıdır”.

Musavat.com xəbər verir ki, bunu Hindistanda keçirilən G20 sammiti çərçivəsində Avropa Şurasının rəhbəri Şarl Mişel deyib.

O, Rusiyanın addımını rüsvayçılıq adlandırıb:

"Hər şeydən əvvəl, Rusiya Afrika ölkələrinə səxavətlə 1 milyon ton taxıl təklif edir. Qara dəniz sazişinin həssas ölkələrə indiyədək 30 milyon tondan çox məhsul çatdırdığını bildiyimiz halda, Afrika ölkələrinə qarşı nə rüsvayçılıq və hörmətsizlikdir. Avropa İttifaqı tərəfindən hazırlanmış alternativ marşrutlar artıq 40 milyon ton taxıl ixrac etməyə imkan verib”.

Mişelin sözlərinə görə, Rusiyanın pulsuz taxıl tədarükü planı gülüncdür:

"Onlar 1 milyon ton təklif etdilər - sanki bu, hədiyyə idi. Bu, tamamilə dəhşətli sinizmdir. Digər tərəfdən, əhalinin ən kövrək və həssas qruplarına kömək etmək üçün həqiqətən mübarizə aparanlar da var".

Xatırladaq ki, Rusiya Taxıl sazişindən çıxdıqdan sonra Ukraynın Dunay limanlarını dağıtmaqla, onun məhsulunun dünya bazarına yolunu tam qapatmağa çalışır. Bu fonda prezident Vladimir Putin 6 Afrika ölkəsinin hərəsinə 25-30 min ton pulsuz taxıl təklif edib. Daha sonra 1 milyon ton buğdanın güzəştli qiymətlə Türkiyəyə aparılıb, orada una çevrilərək Afrikaya çatdırılması planı işə salınıb.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

04 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR