İnsanlara hürriyət, millətlərə istiqlal!

Avropa Şurası Rusiyanın Ukraynaya hücumunu pisləyib

“Rusiyanın Ukraynadakı xəstəxanalara, mülki və enerji infrastrukturuna vəhşicəsinə hücumlarını və bunun Moldovadakı nəticələrini pisləyirəm”.

“Report” “Ukrinform”a istinadən xəbər verir ki, bunu Avropa Şurasının Baş katibi Mariya Peyçinoviç Buriç deyib.

Onun sözlərinə görə, mənasız və qeyri-insani zorakılığa son qoyulmalıdır.

Qeyd edək ki, noyabrın 23-də Rusiya Ukraynaya növbəti kütləvi raket hücumu həyata keçirmişdi. Nəticədə ölkədə elektrik və su təminatında problemlər yaşanmışdı. Həmçinin Moldovanın bir sıra rayonlarında da elektrik enerjisi kəsilmişdi.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

13 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR