İnsanlara hürriyət, millətlərə istiqlal!

Avropa Rusiyanın müsadirə olunmuş aktivlərinin mənfəətini pay-bölüş edir

Avropa İttifaqı (Aİ) ölkələri dondurulmuş Rusiya aktivlərindən əldə edilən mənfəətin istifadəsi planını ilkin olaraq təsdiqləyib.

Musavat.com xəbər verir ki, gəlirlərin böyük hissəsi Kiyevin silahlanmasına çəkilən xərcləri kompensasiya etməsi üçün Avropa Sülh Fonduna köçürüləcək.

Eyni zamanda, Qərbdə ekspertlər arasında Rusiya Federasiyasının dondurulmuş aktivlərinin müsadirə edilməsinin və ya hətta onlardan əldə edilən gəlirin müsadirə edilməsinin əleyhdarları getdikcə artır. Beynəlxalq Valyuta Fondu (BVF) xəbərdarlıq edib ki, istənilən hərəkət hüquqi cəhətdən əsaslandırılmalı və beynəlxalq valyuta sisteminə xələl gətirməməlidir. Rusiyanın vəsaitlərinin əksəriyyətinin saxlandığı Belçika Euroclear depozitarisi “Pandora qutusunu açmaqdan” qorxur, çünki suveren Rusiyanın aktivlərinin müsadirəsi depozitarın özünün sabitliyini pozacaq və qlobal maliyyə bazarlarına zərbə vuracaq.

“Aİ ölkələri Rusiyanın dondurulmuş aktivlərindən əldə edilən gəlirlərin Ukraynaya hərbi yardım üçün istifadə edilməsinə dair tədbirlər haqqında daha əvvəl razılığa gəliblər”,- Aİ Şurasına sədrlik edən Belçika nümayəndəliyinin bəyanatında bildirilir.

Qərbin Rusiya aktivlərindən istifadə etmək istəyini şərh edən Beynəlxalq Valyuta Fondunun (BVF) idarəedici direktorunun birinci müavini Gita Qopinat hüquqi normalara riayət etmək və istənilən hərəkət üçün kifayət qədər hüquqi əsaslandırmaya zəmanət vermək zərurətini xatırladıb. “Mövcud qanunvericilik bazasına riayət etmək ölkələr arasında və beynəlxalq valyuta sistemində etimadı qorumaq üçün vacibdir. Məsələn, bir çox ölkələr Rusiyanın dövlət aktivlərinin, o cümlədən Mərkəzi Bankın (MB) ehtiyatlarının Ukraynaya kömək etmək üçün potensial istifadəsi ilə bağlı danışıqları diqqətlə izləyir. Qərar vermək müvafiq məhkəmələr və yurisdiksiyaların səlahiyyətindədir, lakin BVF üçün hər hansı bir hərəkətin kifayət qədər hüquqi əsasa malik olması və beynəlxalq valyuta sisteminə xələl gətirməməsi vacibdir”, - o, Stanford Universitetindəki çıxışında bildirib.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

25 Dekabr 2024

BÜTÜN XƏBƏRLƏR