İnsanlara hürriyət, millətlərə istiqlal!

Avropa Rusiyanın dondurulmuş aktivlərindən ildə 3 milyard avro qazanmaq istəyir

Avropa İttifaqı Rusiyanın Ukrayna üçün dondurulmuş aktivlərindən ildə 3 milyard avro qazanacağını gözləyir.

“Report” xəbər verir ki, bu barədə Belçikanın Baş naziri Aleksandr de Kro məlumat verib.

“Belçika bu məsələyə daha çox cəlb edilib, çünki aktivlərin 90%-i burada dondurulub. Biz super mənfəətə diqqət yetiririk. Söhbət ildə əldə edilə biləcək 3 milyard avro məbləğindən gedir. Bu pulun alınma üsulu hüquqi cəhətdən sabit olmalıdır”-deyə, o bildirib.

Aİ liderləri hər sammitdə münaqişədən sonra Ukraynanın bərpası üçün Rusiya Federasiyasının dondurulmuş aktivlərindən istifadənin mümkünlüyünü müzakirə edirlər, lakin bunun üçün hüquqi əsas tapa bilmirlər.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

24 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR