İnsanlara hürriyət, millətlərə istiqlal!

Avropa Parlamentinin sədri hərəkətə keçdi - 2 deputat...

Avropa Parlamentinin sədri Roberta Metsola 2 deputatın təcili olaraq toxunulmazlıqdan məhrum edilməsi proseduruna başlayıb.

Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, müvafiq sorğu Belçika prokurorluğu tərəfindən korrupsiya işinin araşdırılması ilə əlaqədar göndərilib.

Gələn informasiyalara əsasən, Metsola bütün xidmət və komitələrdən toxunulmazlığın aradan qaldırılması prosesini fevralın 13-dək başa çatdırmağı xahiş edib. Avropa Parlamentinin Mətbuat xidməti deputatların adlarını açıqlamayıb. Lakin məlumata görə, söhbət belçikalı Mark Tarabella və italyan Andrea Kozzolinodan gedir. Hər iki deputat cinayətdə iştirakını inkar edir.

Qeyd edək ki, ötən ilin dekabr ayında Belçika polisi Avropa Parlamentinin vitse-prezidenti Eva Kaylini həbs edib. O, korrupsiyada, cinayət təşkilatına üzvlükdə və çirkli pulların yuyulmasında ittiham olunur. Kaylinin evində axtarış zamanı 150 min avro tapılıb.

Kaylidən başqa onun ortağı Françesko Corci və Avropa Parlamentinin keçmiş üzvü (İtaliyadan) Pier Antonio Panzeri də həbs edilib. Həbs orderinə əsasən, Panzeri Qətər və Mərakeşin maraqları naminə Avropa Parlamentinin deputatlarının işlərinə müdaxilə etməkdə şübhəli bilinir. Qətər korrupsiyada əli olduğunu qəti şəkildə rədd edir, Mərakeş isə hələlik bu iddialara cavab verməyib.

Xatırladaq ki, ötən ilin dekabrının əvvəlində Belçika polisi bir sıra axtarışlar aparıb. Şübhəlilərdən birinin evində 600 min avro, Brüsseldəki hotel otağındakı çamadanda daha 750 min avro tapılıb. Həmin otaqlardan mobil telefonlar və kompüterlər də müsadirə edilib.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

12 Oktyabr 2024

11 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR