İnsanlara hürriyət, millətlərə istiqlal!

Avropa Parlamenti sağ-mərkəzçilərin əlində qaldı - Reuters

Sağ mərkəzçi Avropa Xalq Partiyası (EPP) Avropa Parlamentində (AP) aparıcı fraksiya olaraq qalacaq.

Musavat.com xəbər verir ki, bu barədə “Reuters” Avstriya, Almaniya, Yunanıstan, Kipr və Hollandiyada exit-poll nəticələrinə istinadən məlumat yayıb.

EPP 1976-cı ildə əsası qoyulmuş pan-Avropa mərkəz-sağ partiyasıdır. 2022-ci ildən onun sədri alman siyasətçisi Manfred Veberdir.

Avropa Parlamentinə seçkilər iyunun 6-da Hollandiyada başlayıb və Aİ-nin bütün 27 ölkəsində iyunun 9-da başa çatacaq. Əksər rəy sorğuları, onlara qarşı güclü media kampaniyasına baxmayaraq, sağ partiyaların populyarlığının artacağını proqnozlaşdırır. Avropa Parlamentindəki 720 yerdən hər bir Aİ ölkəsi əhalisinə mütənasib olaraq müəyyən sayda mandat əldə etmək hüququna malikdir - Almaniya üçün 96 mandatdan, Kipr və Lüksemburq üçün isə 6-ya qədər.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

30 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR