İnsanlara hürriyət, millətlərə istiqlal!

Avropa Məhkəməsindən Polşaya zərbə: 320 milyon avro cərimə ödəyəcək

Avropa Məhkəməsi Avropa Komissiyasının Polşaya qarşı ölkədə aparılan məhkəmə islahatları zamanı Aİ qanunvericiliyinə əməl etmədiyinə görə tətbiq etdiyi 320 milyon avro məbləğində cərimənin ödənilməsi barədə qərar çıxarıb.

Musavat.com xəbər verir ki,məlumat məhkəmənin açıqlamasında yer alıb.

Məhkəmənin qərarında qeyd olunur ki, Avropa Komissiyası qanuni olaraq Polşaya qarşı 15 iyul 2022-ci ildən 2023-cü il iyunun 4-dək olan müddət üçün cərimə təyin edib.

Aİ-nin Ədalət Məhkəməsi xatırladır ki, 1 aprel 2021-ci ildə Avropa Komissiyası iddia qaldırıb ki, 2019-cu ilin dekabrında Polşada məhkəmə sisteminin təşkili ilə bağlı qəbul edilmiş bəzi qanunvericilik dəyişiklikləri Aİ qanunlarını pozub. Bu proseslərin gedişində məhkəmə Polşanın Avropa Komissiyasının etiraz etdiyi bəzi milli müddəaların tətbiqini dayandırmasına dair qərar qəbul edib. Bu müvəqqəti tədbirə əməl etməməklə Polşa 27 oktyabr 2021-ci ildə Aİ-yə gündəlik 1 milyon avro cərimə ödəməyə məcbur edilib. Bu gündəlik cərimə 3 noyabr 2021-ci ildə hesablanmağa başladı və sonradan Polşa AB Məhkəməsində bu cəriməyə etiraz etdi. Lakin məhkəmə onun iddiasını qəbul etmədi.

 

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

06 Fevral 2025

05 Fevral 2025

BÜTÜN XƏBƏRLƏR