İnsanlara hürriyət, millətlərə istiqlal!

Avropa İttifaqının ikili standartları – separatçılara və cinayətkarlara dəstək verən qətnamə

Avropa Parlamenti Bakıda saxlanılan ermənilərin dərhal və qeyd-şərtsiz azad edilməsini tələb edən qətnaməni qəbul edib.

Musavat.com xəbər verir ki, 523 deputat sənədin lehinə səs verib, yalnız 3 nəfər əleyhinə çıxıb, 84 nəfər isə bitərəf qalıb.

Bu qərar Avropa İttifaqının növbəti dəfə separatçılara və cinayətkarlara açıq dəstək verməsinin bariz nümunəsidir. Qətnamədə iddia edilir ki, Azərbaycanda məhkəmə prosesləri saxtalaşdırılıb və saxlanılan ermənilər guya qeyri-insani rəftara məruz qalırlar. Hətta psixotrop maddələrin tətbiqi kimi absurd iddialar irəli sürülüb.

Bu qərarla Aİ bir daha beynəlxalq hüquq normalarını ayaqlar altına ataraq, separatçılara və Azərbaycana qarşı təxribatlarda iştirak edən şəxslərə himayədarlıq etdiyini nümayiş etdirir. Ermənistanın 30 il ərzində Azərbaycan ərazilərini işğal etməsi, orada hərbi cinayətlər və etnik təmizləmə aparması Avropa üçün önəm daşımadığı halda, qanuni məhkəmə proseslərinə qarşı çıxması İttifaqın ikili standartlarla fəaliyyət göstərdiyini açıq şəkildə sübut edir.

Avropa Parlamenti belə mövqeyi ilə separatizmi dəstəklədiyini və Cənubi Qafqazda davamlı sülhə mane olduğunu bir daha nümayiş etdirib.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

13 Mart 2025

BÜTÜN XƏBƏRLƏR