İnsanlara hürriyət, millətlərə istiqlal!

Avropa İttifaqından Pezeşkianla bağlı AÇIQLAMA 

Qərb dövlətlərinin İranda keçirilən prezident seçkilərinin nəticələri ilə ehtiyatlı davrandığı bir vaxtda, Avropa İttifaqı İranın yeni seçilən prezidenti Məsud Pezeşkian hökuməti ilə əlaqə qurmağa hazır olduğunu bəyan edib.

Musavat.com xəbər verir ki, bu barədə məlumatı “Azad İran” telegram kanalı yayıb. 

Qeyd olunub ki, dünən Avropa Birliyinin xarici siyasət məsələləri üzrə sözçüsü Nabila Massralı İranda keçirilən prezident seçkilərinin nəticələrinə diqqət çəkərək, seçkilərdə qalib gələn Məsud Pezeşkianı təbrik edib.

N.Massralı “X” hesabında paylaşım edərək vurğulayıb ki, indi onlar Aİ-nin kritik əlaqə siyasətinə uyğun olaraq yeni İran hökuməti ilə əlaqə qurmağa hazırdırlar.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

25 Noyabr 2024

24 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR