İnsanlara hürriyət, millətlərə istiqlal!

Avropa İttifaqında Rusiya ərazisinə zərbələrin endirilməsi ehtimalı müzakirə olunur

Avropa ölkələri Rusiyanın atəşkəsi pozması halında ona qarşı sərt tədbirlər paketini müzakirə edib.

Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, bu ilin martın 11-də Parisdə baş tutan görüşdə 34 ölkənin ordu komandanları iştirak ediblər. Gələn məlumatlara görə, Fransa-Böyük Britaniya arasında hazırlanan planda güclü hərbi qüvvələrin yaradılmasını nəzərdə tutur. Həmin plana əsasən qurulacaq qüvvələr elə bir hərbi gücə malik olmalıdır ki, Rusiya Ukraynaya təkrar hücum etmək niyyətindən vaz keçsin.

Fransalı hərbi rəsmilərin verdiyi məlumata görə, bu qüvvələr ağır silahları və böyük miqdarda silah ehtiyatlarını ehtiva edə bilər. Həmin qüvvələrin bir neçə saat və ya gün ərzində təcili şəkildə Ukraynanın müdafiəsinə yardım məqsədilə daşına biləcəyi qeyd olunur.

Kiyevdəki Qərb rəsmilərindən biri daha bir maraqlı məlumat verib. Onun sözlərinə görə, Rusiya hərbi əməliyyatları bərpa etməyə cəhd göstərərsə, "Rusiyaya məxsus obyektlərə birbaşa və dərhal zərbələrin endirilməsi" nəzərdən keçirilir.

Sülhməramlı qüvvələrə gəldikdə isə qoşunların cəbhə xəttindən uzaqda – atom elektrik stansiyaları kimi kritik infrastruktur obyektlərində yerləşdirilməsi və Qərbin hava və dəniz gücü ilə dəstəklənməsi təklif olunur. Cəbhə xətti əsasən pilotsuz uçuş aparatları və digər texnologiyalar vasitəsilə uzaqdan nəzarət ediləcək.

Hərbi hava qüvvələri, o cümlədən ABŞ-ın Polşa və ya Rumıniya kimi Ukrayna ərazisindən kənarda yerləşən bazalarında dislokasiya olunmuş qüvvələr ehtiyatda saxlanacaq.

Onların vəzifəsi cəbhə xəttində mümkün irəliləyişlərin qarşısını almaq və Ukraynanın hava məkanını mülki aviasiya üçün açmaq olacaq.

Müttəfiq donanma qüvvələri də Qara dənizdə fəaliyyət göstərə bilər – onlar minaları təmizləyəcək və beynəlxalq sularda patrul xidməti həyata keçirəcəklər.

Bu planın məqsədi, iştirakçı ölkələrin mövcud imkanlarını birləşdirərək təhlükəsizlik təminatları yaratmaqdır ki, bu da sülh razılaşmasını etibarlı və yoxlanıla bilən hala gətirə bilər. Eyni zamanda, ABŞ-ın müəyyən dərəcədə dəstək verməsi üçün zəmin hazırlamaq nəzərdə tutulur.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

14 Mart 2025

BÜTÜN XƏBƏRLƏR