Onlayn ictimai-siyasi qəzet
2024-cü ildə Avropa İttifaqında günəş elektrik stansiyalarının gücü əvvəlki illə müqayisədə 22 faiz artıb və ümumi enerji istehsalına görə ilk dəfə olaraq kömürlə işləyən istilik elektrik stansiyalarını (İES) ötüb.
Musavat.com xəbər verir ki, bu barədə Ember konsaltinq şirkəti məlumat yayıb.
Bildirilir ki, Günəş enerjisi 2024-cü ildə Aİ-də ən yüksək sürətlə artıb. Nəticədə ötən ilin yekununda Günəş elektrik stansiyalarının Aİ-nin ümumi enerji istehsalında payı 11 faiz (304 TWh), kömürlə işləyən istilik elektrik stansiyalarının payı isə 10 faiz (269 TWh) təşkil edir. Hesabatda qeyd olunur ki, assosiasiyanın bütün ölkələrində günəş enerjisinin payının artımı müşahidə olunur. Kömürün rolu son beş ildə sürətlə azalır - 2019-cu ildə enerji mənbələri siyahısında üçüncü, indi isə altıncıdır.
Həmçinin artıq beşinci ildir ki, elektrik stansiyaları üçün yanacaq kimi təbii qazın payı azalmaqda davam edir. Hazırda ümumi enerji istehsalının 16 faizini təşkil edir. Ümumilikdə, 2019-2024-cü illər arasında bərpa olunan enerjinin payı 34 faizdən 47 faizə yüksəlib, qalıq yanacaqların payı isə 39 faizdən 29 faizə düşüb.
Musavat.com
23 Yanvar 2025
ŞƏRHLƏRŞƏRH YAZ