Onlayn ictimai-siyasi qəzet
Avropa ölkələri 2025-ci il yanvarın 1-dən Rusiya qazının Ukrayna vasitəsilə nəqlinin dayandırılmasına hazırdır.
Musavat.com xəbər verir ki, bu açıqlama ilə Avropa Komissiyasının rəsmi nümayəndəsi Anna-Kaisa İtkonen çıxış edib.
Qeyd edək ki, Rusiya qazının Ukrayna ərazisindən Avropaya tranziti ilə bağlı 2019-cu ildə bağlanmış saziş dekabrın 31-də başa çatır. Ukrayna birmənalı şəkildə Rusiya ilə yeni tranzit müqaviləsinin imzalanmayacağını elan edib.
AK rəsmisi bildirir ki, Brüssel bu varianta hazırlıqları vaxtında başa çatdırıb:"Yanvarın 1-dən tədarükün dayandırılması gözlənilən vəziyyət idi, Avropa İttifaqı buna hazır idi".
Onun sözlərinə görə, AK Aİ-yə üzv dövlətlərlə koordinasiyada bir ildən artıqdır ki, Rusiya qazının Ukrayna ərazisindən tranzitinin dayandırılması ssenarisinə hazırlıq üzərində işləyir.
Hazırlıqların bir hissəsi olaraq, rəsmi bildirib ki, təsirə məruz qalan üzv dövlətlərə alternativ təchizatı təmin etmək üçün variantlar nəzərdən keçirilib.
Musavat.com
04 Yanvar 2025
03 Yanvar 2025
ŞƏRHLƏRŞƏRH YAZ