Onlayn ictimai-siyasi qəzet
Avropa İttifaqı İran və Rusiyaya qarşı sanksiyaları genişləndirdi: Xəzərdə üzən gəmilər...
Avropa İttifaqı Rusiyaya və Yaxın Şərqdəki qruplara silah tədarükünə görə İrana qarşı sanksiyaları genişləndirib, ticarət məhdudiyyətləri əlavə edib.
Musavat.com xəbər verir ki, bu barədə Brüsseldə iclası keçirilən Aİ Şurası məlumat yayıb.
Məlumatda qeyd olunur ki, Şura Rusiyanın Ukraynaya qarşı apardığı işğalçılıq müharibəsinə, eləcə də Yaxın Şərq və Qırmızı dəniz regionunda silahlı qruplar və təşkilatlara İranın hərbi dəstəyi ilə əlaqədar məhdudlaşdırıcı tədbirlərin əhatə dairəsini genişləndirmək qərarına gəlib.
Sənəddə vurğulanır ki, “bugünkü qərar raketlərin və PUA-ların hazırlanmasında və istehsalında istifadə olunan komponentlərin Aİ-dən İrana ixracına, ötürülməsinə, tədarükünə və ya satışına qadağa qoyur”.
Bundan əlavə, Şura İranın Rusiyaya raket və pilotsuz təyyarələr tədarükünü təmin edən bir fiziki və dörd hüquqi şəxsinə qarşı məhdudlaşdırıcı tədbirlər görüb: “IRISL və onun direktoru Məhəmməd Rza Xiabani bu siyahıya daxildir”.
Avropa İttifaqı həmçinin İran silah və sursatlarının daşınması həyata keçirən üç Rusiya gəmiçilik şirkətinə qarşı sanksiya tətbiq edib:
“Şura, həmçinin, gəmiləri İran istehsalı olan silah və sursatların, o cümlədən PUA komponentlərinin Xəzər dənizi vasitəsilə daşınmasında iştirak edən üç Rusiya şirkətini - “MG-Flot”, “VTS-Broker”, “A.Rapax” gəmiçilik şirkətlərini də siyahıya daxil edib”.
Musavat.com
18 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ