İnsanlara hürriyət, millətlərə istiqlal!

Avropa İttifaqı çay və avtomobillə 41 milyon ton Ukrayna taxılının ixracını təmin edib

Avropa İttifaqı 2022-ci ilin martından indiyədək çay və avtomobil daşımasını nəzərdə tutan “Həmrəylik yolu” ilə Ukraynadan 41 milyon ton taxıl idxal edib.

Avropa Komissiyasının bu gün yaydığı məlumata görə, Ukrayna aqrar məhsullarının emalı hesabına həmin dövrdən bəri Avropa İttifaqı 63,9 milyon ton taıl, un və un məmulatları ixrac edib.

Məlumatda qeyd olunur ki, “Həmrəylik yolu” ilə Ukrayna taxılının 60 faizi, Taxıl dəhlizi iləsə 40 faizi ixrac edilib: “Həmrəylik yolu ilə həmçinin 36 milyon ton qeyri-ərzaq məhsulları daşınıb. Bütövlükdə Avropa İttifaqının Ukraynadan idxalı və reeksportu Ukrayna fermer və biznesinə 33 milyard dollar qazandırıb”.

Avropa Statistika orqanının məlumatına əsasən 2022-ci ildə Avropa İttifaqının aqrar ixracı 2021-ci ildəki 197,1 milyard avrodan 229,1 milyard avroya, idxalı isə 150,1 milyard avrodan 195,6 milyard avroya yüksəlib.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

05 Oktyabr 2024

04 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR