İnsanlara hürriyət, millətlərə istiqlal!

Avropa dövlətləri Rusiyanın tələb etdiyi “cani”ləri vermirlər

Rusiya Federasiyasının baş prokuroru İqor Krasnov əvvəllər cinayət törətməkdə şübhəli sayılan, ancaq Rusiyadan qaça bilən şəxslərin ən çox hansı ölkələrdə olduğunu açıqlayıb.

Musavat.com Rusiya mediasına istinadla xəbər verir ki, baş prokuror gizlənən cinayətkarların ən çox Böyük Britaniya, ABŞ, İspaniya, İsrail, İtaliya və Kiprdə sığınacaq tapdığını deyib. “Artıq bir neçə ildir ki, amerikalılar Rusiya prokurorluğunun onlara hüquqi yardım üçün dəfələrlə göndərdiyi sorğulara heç bir şəkildə cavab vermirlər. Baxmayaraq ki, əməkdaşlıq rəsmi olaraq kəsilməyib”, - İ.Krasnov bildirib.

Onun sözlərinə görə, təkcə bu ilin birinci rübündə Avropa dövlətləri Rusiyanın şübhəli, təqsirləndirilən və hətta məhkum olunmuş vətəndaşların ekstradisiyası ilə bağlı 23 müraciətinə rədd cavabı veriblər.

Bildirilir ki, 2023-cü ildən bəri Avstriya, Almaniya, Çexiya və Belçika Rusiya Federasiyasında terror cinayətləri törətdiklərinə görə mühakimə olunan 11 nəfəri ekstradisiya etməkdən imtina edib.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

28 Dekabr 2024

27 Dekabr 2024

BÜTÜN XƏBƏRLƏR