İnsanlara hürriyət, millətlərə istiqlal!

Avropa çempionu olan güləşçi: Azərbaycanda öz bayrağımızı yüksəltmək başqa hissdir

Azərbaycanda öz bayrağımızı yüksəltmək başqa hissdir.

Musavat.com Azərbaycan Güləş Federasiyasının mətbuat xidmətinə istinadən xəbər verir ki, bunu Bakıda keçirilən U-23 Avropa çempionatında qızıl medal qazanan yunan-Roma güləşçisi Ziya Babaşov (63 kq) deyib.

İdmançımız yarışın yüksək səviyyədə keçdiyini bildirib: "Qalib olmaq istəyirdim. Azərbaycanda öz bayrağımızı yüksəltmək başqa hissdir. Qələbəni ailəmə həsr edirəm. Hesabda geri idim. Amma bu taktika idi. Allaha çox şükür, istədiyim kimi oldu. Finalda həyacanlı idim. Bu üzdən yorğun görünə bilərdim. Parterdə xal qazanacağıma əmindim. Həlledici görüşdə yenilmək istəmirdim”.

Qeyd edək ki, Z.Babaşov finalda Vitali Yeriomenkonu (Moldova) üstələyərək fəxri kürüsünün ən yüksək pilləsinə qalxıb.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

24 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR