İnsanlara hürriyət, millətlərə istiqlal!

Avropa ABŞ-nin rüsumlarına qarşı qətiyyətli cavab imkanındadır - fon der Leyen

Avropa İttifaqının ABŞ-ın Avropa məhsullarına tətbiq etdiyi 200 faiz tariflərinə cavabı həlledici olacaq.

Musavat.com xəbər verir ki, bunu Avropa Komissiyasının (AK) prezidenti Ursula fon der Leyen LCI telekanalına deyib.

Onun sözlərinə görə, Aİ bunun üçün bütün lazımi vasitələrə malikdir: "Biz aydın və qəti şəkildə cavab verəcəyik. Biz öz maraqlarımızı qoruyacağıq, lakin bizim məqsədimiz ABŞ-la danışıqlar aparmaqdır".

Fon der Leyenin sözlərinə görə, Aİ Vaşinqtonun addımlarına eyni şəkildə cavab vermək üçün alətlərə malikdir. O, heç bir əlavə təfərrüat verməyib. Buna baxmayaraq, AK rəhbəri ümid etdiyini bildirib ki, Brüssel və Vaşinqton danışıqlar yolu ilə kompromis əldə edə biləcəklər. "Bizə danışıqlar yolu ilə əldə edilən balanslaşdırılmış həll lazımdır. Bu, hamı üçün daha yaxşı olacaq".

Qeyd edək ki, Aİ-nin ABŞ-a qarşı ən mühüm təsir rıçağı investisiyalar hesab olunur. Belə ki, ABŞ iqtisadiyyatına yatırılan birbaşa xarici investisiyaların 60 faizə qədəri Avropa şirkətlərinə məxsusdur. Aİ-nin bu investisiyaları məhdudlaşdırması ABŞ üçün böyük nəticələrə səbəb ola bilər.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

31 Mart 2025

BÜTÜN XƏBƏRLƏR