İnsanlara hürriyət, millətlərə istiqlal!

Avropa ABŞ-a qarşı HƏRƏKƏTƏ KEÇDİ - Aprelin 1-dən...

Avropa İttifaqı (Aİ) aprelin 1-dən etibarən ABŞ mallarına qarşı ticarət əks-tədbirləri tətbiq edəcək. Bu qərar Vaşinqtonun tətbiq etdiyi gömrük rüsumlarına cavab olaraq qəbul edilib.

Musavat.com xəbər verir ki, bu barədə Aİ-nin ticarət və iqtisadi təhlükəsizlik üzrə komissarı Maroş Şefçoviç açıqlama verib.

“ABŞ əsassız tariflər seçdi və bizə reaksiya verməkdən başqa çıxış yolu qoymadı. Hazırda dayandırılmış Aİ balanslaşdırma tədbirləri 1 aprel tarixindən yenidən qüvvəyə minəcək”, – deyə o, "X" sosial şəbəkəsində bildirib.

Aİ Komissiyasının sədri Ursula fon der Lyayen isə yeni tarif siyasətinin iki mərhələdə həyata keçiriləcəyini vurğulayıb.

- 1 apreldən etibarən ABŞ məhsullarına tətbiq olunan rüsumların dayandırılması ləğv ediləcək.
- Aprel ayının ortalarına qədər ABŞ mallarına qarşı yeni əks-tədbirlər hazırlanacaq.

Bununla belə, Aİ Komissiyası Vaşinqtonla konstruktiv dialoqa açıq olduğunu qeyd edib.

Xatırladaq ki, bundan əvvəl ABŞ prezidenti Donald Tramp Avropa İttifaqından idxal edilən mallara 25%-lik gömrük rüsumu tətbiq edib.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

12 Mart 2025

BÜTÜN XƏBƏRLƏR