İnsanlara hürriyət, millətlərə istiqlal!

"Atletiko Madrid" "Çelsi"nin futbolçusunu 42 milyon avroya transfer etdi

"Atletiko Madrid" Konor Qallaxerin transferini 42 milyon avro qarşılığında rəsmiləşdirib.

Oxu.Az xəbər verir ki, bunu İspaniya klubunun mətbuat xidməti açıqlayıb.

24 yaşlı yarımmüdafiəçi "Çelsi"dən transfer olunub. Onun keçidi 42 milyon avroya başa gəlib. Konor 2029-cu ilədək nəzərdə tutulan müqavilə imzalayıb.

Qeyd edək ki, ingiltərəli yarımmüdafiəçi "Çelsi"nin formasında 95 oyunda 10 qol vurub.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

20 Sentyabr 2024

19 Sentyabr 2024

BÜTÜN XƏBƏRLƏR