Onlayn ictimai-siyasi qəzet
Bu gün AMİP Mərkəzi Qərərgahında ATƏT- in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosunun uzun müddətli müşahidə missiyasının nümayəndələri ABŞ-dan olan Laura Villalba və Norveç təmsilçisi Tomas Hug ilə partiya rəhbərliyinin görüşü keçirilib.
Musavat.com xəbər verir ki, görüşdə AMİP sədri , 27 saylı Sabunçu İkinci Seçki Dairəsindən Milli Məclis üzvülüyünə namizəd Arzuxan Əlizadə, AMİP sədrinin beynəlxalq məsələlər üzrə müavini, 16 saylı Yasamal İkinci Seçki Dairəsindən MM üzvülüyünə namizəd Elşən Mustafayev və AMİP Ali Məclisinin sədri, Naxçıvan MR Ali Məclis üzvülüyünə namizəd Rəşad Bayramov iştirak ediblər.
Görüşdə növbədənkənar parlament seçkiləri, seçki prosesinin gedişatı və eləcə də partiyanın seçkiyə hazırlıq məsələləri ətrafında fikir mübadiləsi aparılıb.
Musavat.com
25 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ