İnsanlara hürriyət, millətlərə istiqlal!

Ateist Torosyanın ABŞ-dakı dini tədbirdə iştirakı Ermənistanda gülüş doğurdu

Ermənistan hakimiyyəti bir tərəfdən Erməni Apostol Kilsəsini hədəf alır, ona qarşı təzyiqlər göstərir, digər tərəfdən isə dövlət büdcəsindən böyük vəsait ayıraraq, baş nazir Nikol Paşinyanın rəhbərlik etdiyi nümayəndə heyətini ABŞ-da dini tədbirə göndərir.

Musavat.com erməni mediasına istinadən xəbər verir ki, bu barədə yerli “Joxovurd” qəzeti məlumat yayıb.

Fevralın 1-dən etibarən Paşinyan, həyat yoldaşı və onu müşayiət edən şəxslər ABŞ-a səfər edib. Onlar fevralın 3-dən 7-dək Vaşinqtonda keçirilən Beynəlxalq Dini Azadlıqlar Sammiti və Milli Dua Səhərində iştirak edirlər. Formal olaraq, bu tədbirlər Paşinyanın Vaşinqtona səfərinin əsas səbəbi kimi göstərilir.

“Baş nazirin bu tədbirdə iştirak etməsi başa düşüləndir, lakin özünü açıq şəkildə ateist elan etmiş deputat Arsen Torosyanın orada olması ciddi suallar doğurur. Torosyan bir vaxtlar açıq şəkildə “Mən ateistəm, sualınız var?” deyərək, İncili sadəcə bir kitab adlandırmış və onu Şarl Perronun nağılları ilə müqayisə edib.

Bəs Torosyan hansı məntiqə əsasən dini tədbirdə iştirak etmək üçün Vaşinqtona göndərilib? Bu, inanclı insanlara istehza, ABŞ-a hörmətsizlik, yoxsa öz prinsiplərinə zidd davranışdır?

Maraqlıdır ki, Torosyanın ABŞ-a səfəri dövlət büdcəsi hesabına həyata keçirilib. Onun bütün xərcləri – gündəlik təzminat, yaşayış və aviabilet xərcləri tam şəkildə kompensasiya olunub”,-deyə yazıda qeyd olunub.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

06 Fevral 2025

BÜTÜN XƏBƏRLƏR