İnsanlara hürriyət, millətlərə istiqlal!

Atatürkün şəklini paylaşdığına görə klubundan UZAQLAŞDIRILDI

Türkiyəli müdafiəçi Samet Akaydın Yunanıstanın "Panatinaikos" klubunda oynadığı vaxt başına gələn hadisədən danışıb.

Milli.Az Türkiyə mətbuatına istinadən xəbər verir ki, o, açıqlamasında sosial şəbəkə hesabında etdiyi Atatürk paylaşımının komandadan ayrılmasına səbəb olduğunu deyib.

"Mayın 19-da paylaşımı etdiyim günün axşamı "Olimpiakos"la oyunumuz var idi. İdman direktoru paylaşımımı silməyimi istədi. Bunun milli bayramımız olduğunu söyləyərək etiraz etdim. Məni həmin matçın heyətindən çıxardılar. Dedilər ki, böyük etiraz olacaq, səni heyətə qata, stadionda qoruya bilmərik. Oyunun sonunadək paltardəyişmə otağında qalmağımı istədilər. Əsəbiləşdim. Sonra birbaşa Yunanıstanı tərk etdim", - deyə o bildirib.

Qeyd edək ki, "Fənərbağça"nın keçmiş futbolçusu Samet Akaydın hazırda "Rizespor"da çıxış edir. O, 2023-2024-cü illərdə "Panatinaikos"da icarə əsasında çıxış edib.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

05 Iyun 2025

BÜTÜN XƏBƏRLƏR