Onlayn ictimai-siyasi qəzet
“Bu günədək atamın və qardaşlarımın meyitlərinin yeri bəlli deyil”.
Musavat.com APA-ya istinadən xəbər verir ki, bu sözləri müxtəlif hərbi cinayətlərdə ittiham olunan Ruben Vardanyanın məhkəmə prosesində cinayət işi üzrə zərərçəkmiş qisimdə tanınmış Mürvət Əhmədov deyib.
“Ailəmlə birlikdə 1988-ci ildə Qərbi Azərbaycandan didərgin düşdük və Xocalı şəhərində məskunlaşdıq. Burda da ermənilərin hücumuna məruz qaldıq. Xocalıda ailəmlə birlikdə əsir düşdük. Bizə qarşı zorakılıq olub. Atamın və iki qardaşımın başını kəsiblər. Bu günədək onların meyitlərinin yeri bəlli deyil”.
Musavat.com
24 Fevral 2025
ŞƏRHLƏRŞƏRH YAZ