İnsanlara hürriyət, millətlərə istiqlal!

“Atamın huşu üstündədir, anam isə...” - Vüqar Həşimovun bacısı


“Atamın huşu özünə gəlib. Həkimlər son 24 saatı gözləyirlər. Anam isə əməliyyat olunacaq”.

Bunu Musavat.com-a mərhum şahmatçı Vüqar Həşimovun bacısı Samirə Allahverdiyeva partlayışda xəsarət alan valideynlərinin səhhətindən danışarkən deyib. O bildirib ki, həkimlər anasını əməliyyata hazırlayırlar.

“Atamın vəziyyətində bir az yaxşılaşma var, amma 24 saat tamam olmadan dəqiq bir söz demək mümkün deyil. Anamın orqanizmi əməliyyata cavab verən kimi həkimlər bunu həyata keçirəcəklər”.

Xatırladaq ki, dekabrın 3-ü səhər saatlarında Novxanıdakı evində baş verən partlayışda mərhum şahmatçı Vüqar Həşimovun atası Qasım Həşimov və anası Aida Həşimova xəsarət alıb.

TƏBİB-dən Musavat.com-a bildirilib ki, Abşeron rayonu, Novxanı kəndində fərdi yaşayış evində partlayış baş verməsi səbəbilə xəsarət alan 1949-cu il təvəllüdlü şəxsin müalicəsi TƏBİB-in tabeliyindəki Mərkəzi Neftçilər Xəstəxanasının Reanimasiya şöbəsində davam etdirilir. Hazırda vəziyyəti ağır-stabildir. Bədən səthinin 55%-ni əhatə edən 2-ci və 3-cü dərəcəli yanıq xəsarətləri ilə xəstəxanaya yerləşdirilən şəxsin yaraları cərrah tərəfindən izlənilir.

TƏBİB-in tabeliyindəki Yeni Klinikaya təxliyə olunan 1959-cu il təvəllüdlü şəxsin müalicəsi isə Reanimasiya şöbəsində aparılıb. Bədənin müxtəlif nahiyələrində çox sayda cırılmış, kəsilmiş, didilmiş yaralar və sol əlinin ovuc qismində dərin kəsik yarası diaqnozu təyin edilib, eyni zamanda rentgen və tomoqrafiya müayinələrindən sonra hər iki bud sümüyün aşağı hissəsində qapalı yerdəyişməli qırıq aşkarlanıb. Pasiyentə zəruri tibbi xidmətlər göstərilib. Daha sonra ailə üzvlərinin istəyi ilə özəl tibb müəssisələrindən birinə təxliyə olunub”, - qurumdan bildirilib.

Şahanə Rəhimli
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

04 Fevral 2025

03 Fevral 2025

BÜTÜN XƏBƏRLƏR