Onlayn ictimai-siyasi qəzet
Novosibirskdə məişət münaqişəsi zəminində 43 yaşlı oğlunu vəhşicəsinə qətlə yetirməkdə şübhəli bilinən yerli sakin saxlanılıb.
Cinayətdən sonra kişi küçəyə qaçaraq qışqırmağa başlayıb: "Onu niyə öldürdüm!?"
Ölümlə nəticələnən hadisə mayın 28-də axşam saatlarında Zaeltsovski rayonunda baş verib. Rayon prokurorluğundan verilən məlumata görə, həmin şəxs atasının yanına gəlib və qohumlar arasında mübahisə düşüb. Bu zaman ata xəncəri götürərək oğlunun sinəsinə bir neçə zərbə endirib. Kişi aldığı yaralardan yerindəcə keçinib.
Qanlı paltarda qışqıraraq küçəyə qaçan valideyni yoldan keçənlər görüb və polisə müraciət ediblər. Təqsirləndirilən şəxs qətldə ittiham olunub, o, saxlanılıb, həbsi ilə bağlı məsələ həll edilir./Lent.az
30 May 2025
ŞƏRHLƏRŞƏRH YAZ