İnsanlara hürriyət, millətlərə istiqlal!

Aşura günündə məscidlərdə qanvermə aksiyaları-VİDEO

Hər il Məhərrəm ayının 10-cu günü-Aşura günündə Azərbaycanda müxtəlif dini mərasimlər, ayinlər keçirilir, dualar edilir.

Musavat.com xəbər verir ki, ənənəvi olaraq həm də qanvermə aksiyaları təşkil olunur.

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) tabeliyində fəaliyyət göstərən Mərkəzi Qan Bankı tərəfindən Bakı şəhərində yerləşən 6 məsciddə və Qan bankının 8 bölgədəki bölmələrində qanvermə aksiyalarında saat 12:00-a olan məlumata əsasən, ümumilikdə 1 436 nəfər könüllü olaraq qan verib.

Aksiya 18.00-da qədər davam edəcək.






Nigar HƏSƏNLİ,
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

14 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR