Onlayn ictimai-siyasi qəzet
Astaraya qonaq gedən Əfqanıstan vətəndaşı ölüb.
Hadisə Astara rayonunun Pəlikeş kəndində baş verib.
Əfqanıstan İslam Respublikasının vətəndaşı 1956-cı il təvəllüdlü Mohammad Rasul Fahimi həmin kəndə qonaq gedib. Hələlik məlum olmayan səbəblərdən o, qonaq olduğu ünvanda ölüb.
Meyit daxili və xarici müayinə olunması üçün Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Lənkəran rayon şöbəsinə təhvil verilib. Ekspertizanın verəcəyi rəydən sonra ölümün səbəbi məlum olacaq.
Məlumata görə, Mohammad Rasul Fahimi Pəlikeş kənddən olan xanımla evlənibmiş və Bakı şəhərində yaşayırmış.
Fakt üzrə rayon prokurorluğunda araşdırma aparılır. (APA)
24 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ