Onlayn ictimai-siyasi qəzet
Astarada baş verən qətlin üstü açılıb.
Astara Rayon Prokurorluğundan bildirilib ki, araşdırmalarla rayonun Kakalos kənd sakinləri 37 yaşlı Vüsal Əskərov, 40 yaşlı Elmir Məmmədov və 40 yaşlı Şəmkir rayon sakini Bəhruz Süleymanovun qabaqcadan əlbir olan bir qrup şəxs halında tamah niyyəti ilə Zeynəb Məmmədovanın yaşadığı evə daxil olaraq onu qəsdən öldürmələrinə əsaslı şübhələr müəyyən edilib.
Mərhum - 77 yaşlı qadının oğlu Əfqan Məmmədov iddia edib ki, qonşuları Şəmkirdən gələn şəxslə birlikdə əvvəlcədən plan qurublar. Fürsət tapan kimi evə giriblər. Bundan sonra qadın qətlə yetirilib.
Şübhəli şəxslər mərhumun oğlu ilə daha əvvəl Bakıda görüşüblərmiş.
Faktla bağlı Astara Rayon Prokurorluğunda cinayət işi başlanıb. Prokurorluq və daxili işlər orqanlarının əməkdaşları tərəfindən keçirilmiş istintaq-əməliyyat tədbirləri nəticəsində Vüsal Əskərov, Elmir Məmmədov və Bəhruz Süleymanov saxlanıblar.
İbtidai istintaq davam etdirilir.
Musavat.com mövzu ilə bağlı Xezerxeber.az-ın hazırladığı videomaterialı təqdim edir:
25 Noyabr 2024
24 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ