İnsanlara hürriyət, millətlərə istiqlal!

Astanada KTMT dövlət başçılarının sammiti keçirilir

Qazaxıstanın paytaxtı Astanada Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) dövlət başçılarının sammiti keçirilir.

“Report”un yerli bürosu xəbər verir ki, tədbir Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevin sədrliyi ilə keçirilir.

Sammitdə Belarus, Qırğızıstan, Rusiya, Tacikistan və Özbəkistan prezidentləri iştirak edirlər. Təşkilatın üzvü olan Ermənistan rəhbərliyi sammitə qatılmayıb.

Liderlər Avrasiyada bərabər və bölünməz təhlükəsizliyin yeni arxitekturasının formalaşdırılmasını müzakirə edirlər.

Sammitin sonunda 14 sənədin, o cümlədən yekun bəyannamənin və Böyük Vətən müharibəsində Qələbənin 80 illiyi münasibətilə birgə bəyanatın imzalanması planlaşdırılır.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

28 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR