Onlayn ictimai-siyasi qəzet
Qazaxıstan paytaxtı Astanada “Small” və “Spar” market şəbəkələrinin pərakəndə satış məntəqələri kartof satışına müvəqqəti məhdudiyyət tətbiq edib – adambaşına 5 kiloqramdan çox satılmır. Musavat.com xəbər verir ki, məlumatı şəhərin İnvestisiya və Sahibkarlığın İnkişafı Departamenti açıqlayıb.
Bildirilir ki, məhdudiyyət alverçilərin təkrar satmaq üçün toplu şəkildə kartof almasının qarşısını almaq məqsədilə tətbiq edilib.
Rəhbərlik əmin edib ki, paytaxtda kartofun qiymətinin sabit olması üçün bütün lazımi tədbirlər görülüb: "Kartof qıtlığı yoxdur. Məhsul pərakəndə satış şəbəkələrinin və şəhər bazarlarının piştaxtalarında kifayət qədər miqdarda var və onun ehtiyatları vaxtında doldurulur".
Yanvarın əvvəlində Qazaxıstan daxili bazarda qiymətləri sabitləşdirmək üçün 6 ay müddətinə üçüncü ölkələrə kartof ixracını məhdudlaşdırıb. Ölkə hökumətinin məlumatına görə, 2024-cü ildə qonşu ölkələrdən, xüsusən də Özbəkistandan tələbatın artması və ixrac qiymətlərinin yüksək olması səbəbindən kartof ixracı 1,5 dəfə artıb.
Tələbin artması daxili bazara da öz təsirini göstərib - son bir həftə ərzində ixrac yönümlü istehsalçılar arasında qiymətlərin kəskin artması (170-dən 270 təngəyə - təxminən 55 Azərbaycan qəpiyindən 88 qəpiyə qədər -red.) qeydə alınıb.
Qazaxıstan Kənd Təsərrüfatı Nazirliyindən verilən məlumata görə, mövcud kartof ehtiyatı 2025-ci ilin erkən məhsuluna qədər daxili tələbatı tam ödəməyə kifayət edir. Yanvarın 19-na ehtiyatlar pərakəndə satış şəbəkələrindəki ehtiyatlar (kartofçular birliyində 600 min ton, sabitləşdirmə fondlarında 68 min ton, kiçik təsərrüfatlarda 200 min ton) nəzərə alınmadan 850 min tondan artıqdır.
2024-cü ildə ölkədə ümumi kartof yığımı 2,9 milyon ton (erkən məhsul daxil olmaqla - 300 min ton) təşkil edib. Ötən il bu məhsulun 56 min tonu xaricdən gətirilib. 2024-cü ilin avqust ayından bazara çıxarılacaq kartofun həcmi cari ilin yanvar-aprel aylarında erkən məhsul yığımına qədər əhalinin ümumi tələbatı 1,5 milyon ton (şəhər əhalisi daxil olmaqla 954 min ton) olmaqla 2,6 milyon ton təşkil edir. 2024-cü ilin avqust-dekabr ayları ərzində 844 min ton kartof istehlak edilib, 2024-cü il ərzində isə 620 min ton kartof ixrac olunub. 2025-ci ilin yanvar-aprel aylarında proqnozlaşdırılan istehlak həcmi 675 min ton təşkil edir.
Musavat.com
24 Yanvar 2025
23 Yanvar 2025
ŞƏRHLƏRŞƏRH YAZ