İnsanlara hürriyət, millətlərə istiqlal!

AŞPA artıq Putini Rusiyanın legitim prezidenti saymır

Avropa Şurası Parlament Assambleyası (AŞPA) bəyanat yayaraq, Avropa ölkələrini Rusiya prezidenti Vladimir Putinin 2024-cü il seçkilərindən sonra hakimiyyətdə qalacağı təqdirdə onun hakimiyyətini qeyri-legitim hesab etməyə çağırıb.

Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, bəyanatda “Putinin yenidən seçiləcəyi halda Avropanın humanitar əlaqələr istisna olmaqla, Rusiya ilə bütün münasibətləri dayandırmalı olduğu” bildirilir.

AŞPA Putinin 2000-ci ildən bəri Rusiyada prezident və ya baş nazir kimi hakimiyyəti saxladığını vurğulayıb.

“Rusiya Konstitusiyasına 2020-ci ildə qəbul edilən dəyişikliklər indi ona 2036-cı ilə qədər yüksək vəzifə tutmağa imkan verir. AŞPA-nın fikrincə, Rusiya daxilində opponentlərin repressiyaları və Ukraynaya hücumu birləşdirib. Bu isə Rusiyada prezident hakimiyyətinə ölkənin siyasi sistemində nəzarət olmadığını göstərir. Bu qədər uzun müddət ərzində qeyri-məhdud prezident səlahiyyəti, güclü parlament, müstəqil məhkəmə sistemi, azad mətbuat və canlı vətəndaş cəmiyyəti kimi nəzarət və tarazlığın olmaması Rusiyanı faktiki diktaturaya çevirib”,-deyə sənəddə bildirilir.

AŞPA yekdilliklə qəbul edilən qətnaməsində Putinin 2024-cü ildən sonra prezidentliyinin davam etdirilməsinin həm Rusiya Konstitusiyasının, həm də beynəlxalq hüquq prinsiplərinin pozulması kimi qiymətləndiriləcəyinə qərar verib.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

03 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR