İnsanlara hürriyət, millətlərə istiqlal!

Arvadını döyərək dalağını partladan şəxs azadlığa buraxıldı - Barışıblar

Binə qəsəbəsi, Südçülük savxozunda yaşadıqları fərdi yaşayış evində arvadını döyərək ona ağır xəsarət yetirən şəxsin cinayət işi üzrə məhkəmə iclası başa çatıb.

Musavat.com xəbər verir ki, arvadını təpiklə döyərək dalağının partlamasına səbəb olan Ruslan əməlindən peşman olduğunu deyib.

Arvadı Sevda Qasımova (ad və soy ad şərtidir) da onu bağışlayıb.

Mübahisəyə səbəb son zamanlar ər-arvad arasında yaşanan anlaşılmazlıqlar olub. Sonuncu mübahisədə isə həyat yoldaşı Ruslana “it” deyə müraciət edib. Buna qəzəblənən Ruslan əvvəlcə arvadına bir sillə vurub. Bir neçə saat sonra mübahisə yenə davam edib. Bu dəfə isə Ruslan arvadına təpiklə zərbələr endirib. Axşam saatlarında arvadının səhhətinin pisləşdiyini görən Ruslan onu xəstəxanaya aparıb. Müayinə zamanı Sevdanın dalağının partladığı məlum olub və əməliyyat edilib.

Ruslan xəstəxanadan çıxaraq uşağını gətirməyə gedib. Xəstəxanaya qayıdanda isə polis əməkdaşları onu saxlayıb.

İstintaqla ona qarşı Cinayət Məcəlləsinin 126.1-ci (qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə ittiham irəli sürülüb. Ruslan barəsində həbs qərarı seçilib.

Bakı Ağır Cinayətlər Məhkəməsi isə Ruslan barəsində şərti cəza təyin edib və məhkəmə zalından azadlığa buraxıb.

İ.Muradov,
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

10 Yanvar 2025

09 Yanvar 2025

BÜTÜN XƏBƏRLƏR