İnsanlara hürriyət, millətlərə istiqlal!

Arşak Karapetyan: “Əgər üç il yarım itirilməsəydi, biz Qarabağı itirməzdik”  

“Biz üç il yarım itirdik, bu, təhlükəsizliyimizi bərpa etmək və hətta inkişaf etdirmək üçün kifayət idi, amma heç nə edilmədi”.

Musavat.com erməni mediasına istinadən xəbər verir ki, bunu Ermənistanın keçmiş müdafiə naziri, “Ümuerməni cəbhəsi” hərəkatının lideri, general-mayor Arşak Karapetyan “Biz” müəllif proqramına müsahibəsində deyib.

“2021-ci ildə mən müdafiə naziri təyin olunanda Rusiya Federasiyasının müdafiə naziri ilə razılıq əldə etdik. Həmin razılığa əsasən, Rusiyanın müxtəlif akademiyalarından 40 yüksək rütbəli general, zabit və hərbi sahənin professoru Ermənistana gəldi. Onlar bilikli, təcrübəli zabitlər və generallar idi. Bu ekspertlərlə birlikdə bir sənəd hazırladıq. Sənəddə gələcək təhlükəsizlik sistemimizdən bəhs edilirdi. Bundan sonra biz Rusiya Federasiyasının müdafiə naziri ilə görüşəndə ona bu dəstəyə görə təşəkkür etdim. Dedim ki, sizin işiniz bununla bitmir, indi zəhmət olmasa, mütəxəssislər göndərin ki, sənədi həyata keçirək. Bizdə Ermənistana gəlib 3 il Ermənistan ordusunda işləməli olan 80-ə yaxın zabitin siyahısı var idi”,-deyə Karapetyan bildirib.

Erməni generalın sözlərinə görə, sözügedən sənəddə Ermənistan ordusuna verilməli olan silah və silahlar da göstərilib və onların təminatının bir hissəsini Rusiya tərəfi öz üzərinə götürmüşdü. “Bütün bunları həyata keçirsəydik, Qarabağı çətin ki, itirərdik və bu günkü kimi sərhəddən kənara qorxu ilə baxmazdıq. “Mən Paşinyana dedim ki, mənə 3 il sülh lazımdır. Eyni sözü Qarabağa səfərim zamanı Arayik Arutyunyana da dedim”, - deyə Karapetyan söyləyib.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

24 Noyabr 2024

23 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR