Onlayn ictimai-siyasi qəzet
“Azərbaycan Ermənistandan maksimumu almayana qədər sülh müqaviləsini imzalamayacaq”.
Musavat.com xəbər verir ki, bunu erməni siyasi strateq Armen Badalyan deyib.
Onun iddiasına görə, Azərbaycan Ermənistan ordusunun ləğvini, bir neçə yüz min azərbaycanlının Ermənistan ərazisinə köçürülməsini, Ermənistan üzərində total hərbi nəzarəti təmin edəcək həmin Ermənistan ərazilərinin təslim edilməsini, erməni toponimlərinin Azərbaycan dilinə dəyişdirilməsini tələb edəcək.
“Sadə dillə desək, Azərbaycan Ermənistanı ərazi əlavəsinə çevirməyə çalışacaq və yalnız bundan sonra tapşırığı başa çatmış hesab edəcək. Azərbaycan oyuna daxil olub və ondan maksimum üstünlük əldə etməyə çalışacaq, nə dərəcədə uğur qazanacağı sual altındadır, amma çalışacaq”, - deyə Badalyan bildirib.
Musavat.com
25 Dekabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ