Onlayn ictimai-siyasi qəzet
Argentina Braziliyada keçirilən “İyirmilik Qrupu”nun (G20) sammitinin yekun kommünikesini bloklamaqla hədələyib.
"Report" xəbər verir ki, bu barədə Böyük Britaniyanın "Financial Times" qəzeti mənbələrə istinadən məlumat yayıb.
"Argentina hökuməti Braziliyada keçirilən G20 sammitini köhnə və yeni qüvvələr arasında mübarizəyə çevirmək istəyir. Birillik vergi danışıqları və konsensusdan sonra onlar əvvəl razılaşdıqları yerlərdə problemlər yaradırlar", - Braziliya rəsmisi bildirib.
Qeyd olunur ki, Buenos Ayresin etirazları ən varlı vətəndaşların vergiyə cəlb edilməsi və gender bərabərliyi məsələlərinə aiddir.
G20 sammiti noyabrın 18-19-da Braziliyanın cənub-şərqində, Rio-de-Janeyroda Prezident Luiz İnasio Lula da Silvanın sədrliyi ilə keçiriləcək.
18 Noyabr 2024
17 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ