Onlayn ictimai-siyasi qəzet
"Real Madrid"də oynayan futbolçu Arda Gülərin Türkiyəyə geri qayıtdığı iddia edilib.
Milli.Az haberler-ə istinadla xəbər verir ki, "Fənərbağça"nın baş məşqçisi Joze Mourinyonun "Real Madrid"də çıxış edən milli futbolçu Arda Güləri icarə əsasında heyətinə qatmaq istədiyi iddia edilib.
Portuqaliyalı baş məşqçi İspaniya nəhənginin prezidenti Florentino Pereslə də görüşdüyü bildirilib.
Bu səbəbdən Arda Gülər qısa zamanda Türkiyəyə qayıda bilər.
Qeyd edək ki, Arda Gülər bu mövsüm "Real Madrid"in heyətində 11 rəsmi matça çıxıb. Bu matçlarda komandasına xal gətirə bilməyən 19 yaşlı futbolçunun hazırda bazar dəyəri 45 milyon avrodur.
29 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ