İnsanlara hürriyət, millətlərə istiqlal!

Araz Əliyev həbs edildi

Dünən axşam saatlarında itkin düşdüyü deyilən gənc müəllim Araz Əliyevin həbs edildiyi məlum olub.

Bu barədə Musavat.com-a A. Əliyevin həyat yoldaşı Gülarə İsmayılova məlumat verib.

O bildirib ki, Araz Əliyev dekabrın 23-də saat 17:00-da yaşadığı evdən çıxıb və bir daha geri qayıtmayıb.

A. Əliyev evdən çıxarkən tanışları ilə qısamüddətli görüşə getdiyini desə də, sonradan ondan xəbər çıxmayıb.

1994-cü il təvəllüdlü Araz Əliyev hüquq mühafizə orqanları tərəfindən saxlanılıb. Onun barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsinə əsasən protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilib.

Məhkəmənin qərarı ilə A.Əliyev barəsində 25 sutka inzibati həbs qərarı çıxarılıb.

Samir Əli
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

24 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR