İnsanlara hürriyət, millətlərə istiqlal!

Araz çayı üzərindəki körpü bu TARİXDƏ istifadəyə veriləcək

Araz çayı üzərində inşa edilən avtomobil körpüsünün tikintisi bu ilin yazında tamamlanacaq.

Musavat.com xəbər verir ki, bu barədə İranın yol və şəhərsalma naziri Fərzanə Sadiq Azərbaycan-İran Birgə İqtisadi Komissiyasının 16-cı iclasında məlumat verib.

Nazir İran-Azərbaycan sərhədindəki bu körpünün iki ölkə arasında nəqliyyat əlaqələrinin inkişafına mühüm töhfə verəcəyini bildirib. Bundan əlavə, Zəngilan rayonunun Ağbənd yaşayış məntəqəsindən başlayaraq İran ərazisindən keçməklə Culfaya qədər uzanan yolun əhəmiyyətini vurğulayıb.

F.Sadiq, həmçinin Astara Terminalının Azərbaycan və İran arasında ticarət əlaqələrinin intensiv inkişafına xidmət etdiyini qeyd edib. Bu layihələrin regionda iqtisadi əməkdaşlığın güclənməsinə müsbət təsir göstərəcəyi gözlənilir. 

 

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

23 Yanvar 2025

22 Yanvar 2025

BÜTÜN XƏBƏRLƏR