İnsanlara hürriyət, millətlərə istiqlal!

Ararat Mirzoyan Brüsselə səfərə gedib

Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan Ermənistan-Avropa İttifaqı (Aİ) Tərəfdaşlıq Şurasının beşinci iclasında iştirak etmək üçün Brüsselə işgüzar səfərə gedib.

“Report” Ermənistan KİV-ə istinadən xəbər verir ki, görüş fevralın 13-də Aİ-nin xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Cozep Borrellin iştirakı ilə baş tutacaq.

Hərtərəfli və Genişləndirilmiş Tərəfdaşlıq Sazişinin icrası prosesi, o cümlədən Ermənistanın həyata keçirdiyi islahatlar, eləcə də müxtəlif sahələrdə tərəfdaşlığın dərinləşdirilməsi perspektivləri müzakirə olunacaq.

Ermənistan XİN başçısının səfəri iki gün davam edəcək.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

24 Noyabr 2024

23 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR